Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Demək olmaz ki, böhran bizim sahəyə heç təsir etməyib. Onun hər yerə təsiri var. Lakin bizim sahə elə bir sahədir ki, biz əsasən yerli məhsullarla çalışırıq".
“APA-Economics”in məlumatına görə, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.
Ə. Əhmədzadə qeyd edib ki, Azərbaycan manatının devalvasiyaya uğraması, üzən məzənnə rejiminə keçid meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələrin icrasının dayandırılmasına səbəb olmayacaq: "Böhran olmasına baxmayaraq, cənab prezident bu ilin ehtiyyat fondundan gələn il üçün "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə 150 artezian quyusunun istifadəyə verilməsi üçün 10 milyon manat ayırıb. Yenə məzənnə siyasəti bizim işlərimizə təsir etməyəcək. Əksinə, çalışacağıq ki, layihələri, qarşımıza qoyulan tapşırıqları daha tez icra edək".