Bank Of Baku

Əli Abbasov: “Regionda ilk “Qamma şüalanma kompleksi”nin noyabrda istifadəyə verilməsi planlaşdırılır”

Əli Abbasov: “Regionda ilk “Qamma şüalanma kompleksi”nin noyabrda istifadəyə verilməsi planlaşdırılır”
# 13 iyul 2015 23:46 (UTC +04:00)

Bakı-APA. “Nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli “Qamma şüalanma kompleksi”nin qurulması işləri başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır”.  APA-nın məlumatına görə, bunu ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

 

Nazir bildirib ki, tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının arxeoloji axtarışına başlanılıb. Bu işlərdə məqsəd əgər kifayət qədər resurslar tapılarsa ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR