Bank Of Baku

FAO-nu baş direktoru: “Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün yeni ixracat bazarları araşdırılacaq”

FAO-nu baş direktoru: “Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün yeni ixracat bazarları araşdırılacaq”
# 25 may 2015 15:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Prezident İlham Əliyevlə görüş zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Azərbaycana iki istiqamətdə yardımın göstərilməsi məsələsini irəli sürüb. Bunlardan birinci suvarma ilə bağlı olan məsələdir”.

 

APA-Economics”in xəbərinə görə, bunu FAO-nun baş direktoru Jose Qratsiano Da Silva bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda yeni suvarma əraziləri müəyyən ediləcək və bu ərazilərdə suvarma işinin təkmilləşdirməsi ilə bağlı xüsusi plan hazırlanacaq.

 

“İkinci məsələ isə transsərhəd çayları ilə bağlı sazişin yenidən nəzərdən keçirilməsidir. Sərhəd çaylardan istifadə qonşu ölkələr arasında müəyyən ziddiyyətlərə səbəb olur. Bundan başqa prezident bizdən xahiş etdi ki, Azərbaycan kənd təsərrüfatı məhsulları üçün yeni ixracat bazarını tapaq və araşdıraq. Biz razılığa gəldik ki, kənd təsərrüfatı məhsullarının keyfiyyətini artıraq. Bu keyfiyyətin artırılması və yüksək səviyyədə saxlanılması üçün sərhədyanı ərazilərdə yayılmış ümumi xəstəliklərlə daha effektiv mübarizə aparmaq lazımdır”, - deyə baş direktor bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR