Bank Of Baku

Fransanın kənd təsərrüfatı naziri «Azərsun Holdinq»in qonağı olub - FOTO

Fransanın kənd təsərrüfatı naziri «Azərsun Holdinq»in qonağı olub - <span style="color: red;">FOTO
# 28 yanvar 2014 09:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda səfərdə olan Fransanın kənd təsərrüfatı naziri Giyom Qaro (Guillaume Garot) və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye «Azərsun» Sənaye Parkında inşası tamamlanan Sumqayıt Yağ Fabriki ilə tanış olublar.

 

Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Azərsun Holdinq»in rəhbəri Abdulbari Gözəl qonağa ölkədə sahibkarlığa dövlət qayğısı və aparılan iqtisadi siyasət barədə ətraflı məlumat verib. Müəssisə ilə tanış olan fransalı qonaq müasir istehsal avadanlıqları, istehsal şəraiti və laboratoriya ilə yaxından tanış olub. Nazir G.Qaro müəssisəni və ölkədə görülən işləri yüksək qiymətləndirib. O, çıxışında bildirib ki, Azərbaycan Avropaya inteqrasiya edib: «Bu, «Azərsun Holdinq»in timsalında daha aydın görünür».

Qonaqlar «Azərsun Holdinq»in istehsalı olan «Zeytun Bağları», «Final», «Royal», «Supersun», «Teksun» yağlarının istehsal sahələrini gəzib və məhsulları yüksək qiymətləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR