Bank Of Baku

Gəncədə yarmarka keçirilib

Gəncədə yarmarka keçirilib
# 17 yanvar 2016 17:13 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkası keçirilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  şəhər İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkada ərzaq və kənd təsərrüfatı məhsulları alıcılara təqdim olunub.

 

Yarmarkada qoyun ətinin bir kiloqramı 6 manata, mal əti 5 manata, quş əti 2 manat 30 qəpiyə, 50 kq-lıq un kisəsi 21 manata şəhər sakinlərinə təklif olunub.

 

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Elnur Rzayev bildirib ki, yarmarkada satılan məhsullara məhdudiyyət olmayıb. Bir gün davam edən yarmarkanın hər 10 gündən bir keçiriləcəyi planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR