Bank Of Baku

Göygöl süni mayalanma mərkəzi yenidən qurulacaq

Göygöl süni mayalanma mərkəzi yenidən qurulacaq
# 11 iyul 2014 12:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə hesabat dövrü ərzində “Aqrolizinq” ASC tərəfindən 2 000 başa yaxın iri buynuzlu cins damazlıq heyvanın və 700 başdan artıq keçinin respublikaya gətirilərək 50% güzəştlə lizinqə verilməsi təmin edilib.

 

APA-Economics”in məlumatına görə, bu, kənd təsərrüfatı naziri Heydər Əsədovun prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təqdim etdiyi hesabatda öz əksini tapıb.

 

Nazir qeyd edib ki, bunlara paralel olaraq süni mayalanma və embrion köçürməsi təcrübəsindən də geniş istifadə edilir və aparılan müşahidələr bu üsulun daha ucuz olduğunu göstərir: “Məhz bu səbəbdən ölkəmizdə də bu üsullara geniş tələbat yaranıb. Ayrılan vəsait hesabına Göygöl süni mayalanma mərkəzinin tamamilə yenidən quraşdırılması işinə başlamaq üçün Fransa və Almaniya mütəxəssisləri ilə apardığımız danışıqlar yekunlaşmaq ərəfəsindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR