Bank Of Baku

Gürcüstanda Dünya Şərab Ticarəti Qrupuna üzv ölkələrin ikigünlük görüşü başlayıb

Gürcüstanda Dünya Şərab Ticarəti Qrupuna üzv ölkələrin ikigünlük görüşü başlayıb
# 25 avqust 2014 13:58 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında Dünya Şərab Ticarəti Qrupunun (WWTG) görüşü keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşü Gürcüstan Kənd Təsərrüfatı Naziri Otar Daneliya açaraq bu görüşü vacib bir tədbir adlandırıb.

 

Sonra tədbiri Gürcüstanın Milli Şərab Agentliyinin rəhbəri Levan Davitaşvili aparıb.

 

Görüşdə şərab ticarəti ilə bağlı məsələlər müzakirə olunub.

 

Tədbirdə əsas məqsəd şərab satışının sadələşdirilməsidir.

 

Avqustun 27-də görüş iştirakçıları Kaxetiya bölgəsinə səfər edəcəklər.

 

Gürcüstanın Milli Şərab Agentliyininin məlumatına görə, tədbirdə  WWTG-yə üzv ölkələr - ABŞ, Kanada, Argentina, Çili, Cənubi Afrika, Avstraliya, Yeni Zelandiya, Gürcüstan və 100-dən çox dövlət və müşahidəçi ölkələrin fərdi strukturlarından nümayəndələr iştirak edir.

 

Qeyd edək ki, bu ilin aprel ayından Gürcüstan WWTG-nin bir il müddətinə sədri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR