Bank Of Baku

İmişlidə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ümumrespublika müşavirəsi keçirilib - FOTO

İmişlidə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ümumrespublika müşavirəsi keçirilib - <span style="color: red;">FOTO
# 13 fevral 2015 10:05 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişlidə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) "2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair" ümumrespublika müşavirəsi keçirilib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, müşavirədə DBNX-nin, rayon, şəhər baytarlıq idarələrinin, zona baytarlıq laboratoriyalarının və baytarlıq diaqnostik kabinetlərinin 2014-cü ildəki iş fəaliyyətlərinin hesabatları və 2015-ci ildə baytarlıq xidməti orqanları qarşısında duran vəzifələr müzakirə olunub.

 

Müşavirədə DBNX rəisi Sialə Rüstəmova çıxış edərək, quş və heyvanlarda yoluxucu xəstəliklər əleyhinə aparılan profilaktik peyvəndləmə tədbirlərindən danışıb. Onun sözlərinə görə, quduzluq xəstəliyini nəzarətdə saxlamaq üçün epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq vəhşi təbiətdə olan quduzluğa həssas vəhşi heyvanlarda oral üsulla vaksinasiya aparmaq üçün 50 min doza peyvənd vasitəsi gətirilib və Şəki-Zaqatala və Abşeron yarımadasında tətbiqi planlaşdırılır: “Ölkə baytarları 2014-cü ildə daha bir xəstəliyə - nodulyar dermatit virus xəstəliyinə qarşı mübarizə aparmalı olub. Bu xəstəlik ölkəmizdə ilk dəfə qeydə alınsa da, baytarlıq mütəxəssisləri xəstəliyə yoluxan 6040 baş iribuynuzlu heyvandan 5781 baş heyvanı xəstəlikdən xilas edə bilib. Ölkənin 35 rayonunda qeydə alınan xəstəlikdən 259 baş heyvan tələf olub. Artıq bu xəstəliyin qarşısını almaq məqsədilə iribuynuzlu heyvanlar üçün 2 milyon doza miqdarında vaksin gətirilib və bu günlərdə heyvanların peyvəndlənməsinə start veriləcək”.

 

2014-cü ildə respublikada epizootik sabitliyin təmin edilməsində həyata keçirilən digər baytarlıq-sanitariya tədbirlərindən, ölkəyə idxal və ölkədən ixrac edilən, bazar və yarmarkalara çıxarılan heyvan və heyvan mənşəli məhsullara ciddi baytarlıq nəzarətinin həyata keçirilməsindən söz açan S.Rüstəmova deyib ki, dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması məqsədilə 2014-cü il ərzində Respublika Baytarlıq Laboratoriyasında bakterioloji və biokimyəvi müayinələr nəticəsində Bakı şəhərində 3330 kq sümüklü və sümüksüz mal ətinin, 670 kq toyuq ətinin, Bərdə rayonunda 25 tona yaxın mal və qoyun cəmdəklərinin, Siyəzən rayonunda 208 kq sümüklü və sümüksüz mal ətinin, həmçinin respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 142 kq mal ətinin, 65 kq qoyun ətinin, 115 kq donuz ətinin, 124 kq quş ətinin, 7384 kq daxili orqanların, 82 kq balığın, 2370 kq süd və süd məhsullarının, 2510 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkar edilərək, baytarlıq qanunvericiliyinə əsasən zərərsizləşdirilib.

 

Müşavirədə qeyd olunub ki, il ərzində baytarlıq qanunvericiliyinin pozulmasına görə inzibati cərimələr respublika üzrə cəmi 369 nəfər olmaqla 20 972 manat təşkil edib.

 

Müşavirədə prezident  İlham Əliyevin 2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan edilməsi haqqında sərəncamının icrası məqsədilə 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq baytarlıq xidməti orqanları qarşısında qoyulmuş vəzifə və tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi tədbirlərindən danışılıb.

 

Tədbirdə baytarlıq sistemində yeni proqram sisteminin tətbiqi barədə slaydşou nümayiş etdirilib.

 

Toplantıda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Respublika Baytarlıq Laboratoriyasının direktoru Füzuli Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Viyam Hacıyev və digər şəxslər çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR