Bank Of Baku

İqtisadiyyat və Sənaye Nazirliyi unun bahalaşması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

İqtisadiyyat və Sənaye Nazirliyi unun bahalaşması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
# 10 dekabr 2014 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi bəzi mətbuat orqanlarında unun bahalaşması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev “APA-Economics”ə açıqlamasında deyib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq istehlak bazarında nəzarət tədbirləri həyata keçirir.

 

“Bu tədbirlərin də bir istiqaməti monitorinqlərdir. Apardığımız monitorinqlərdə unun satış qiymətində qiymət artımı qeydə alınmayıb. Bununla belə, Dövlət Xidmətinin istehlak bazarında monitorinqləri davam etdirilir”,- deyə A. Əliyev bildirib.

 

Qeyd edək ki, bəzi KİV-lərdə ölkədə unun nəzərə çarpacaq dərəcədə bahalaşdığı bildirilirdi. Bu məlumatlarda son günlər topdansatış mərkəzlərində bir kisə 50 kq-lıq unun qiymətinin 17,40 manatdan 18,80 manata qalxdığı qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR