Bank Of Baku

Kənd təsərrüfatı naziri “WorldFood Azerbaijan 2014” Sərgisinin açılışında iştirak edib

Kənd təsərrüfatı naziri “WorldFood Azerbaijan 2014” Sərgisinin açılışında iştirak edib
# 22 may 2014 08:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda keçirilən XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin (“WorldFood Azerbaijan 2014”) açılışında iştirak edib.


"APA-Economics"in xəbərinə görə, açılışda çıxış edən H.Əsədov bildirib ki, son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı üçün bir sıra mühüm qərarlar qəbul edilib: "Son beş ayda dövlət başçısı İlham Əliyevin imzaladığı iki böyük sərəncam bu sektorun inkişafında xüsusi stimul yaradıb. Dövlət aqrar sektorda istehsal olunan məhsullar hesabına daxili tələbatını ödəyə bilib. Azərbaycan öz kənd təsərrüfatı sektorunu inkişaf etdirilməyi hədəfləyib, bu sərgi də bunun bir nümunəsidir. Bu tədbir Azərbaycanın bu sektordakı inkişafını bir daha nümayiş etdirir. Bu beynəlxalq sərgi qonaqlarımızın Azərbaycan bazarı ilə tanış olmasına, öz məhsullarını nümayiş etdirməsinə kömək edəcək. Bu sərgi Azərbaycanla digər ölkələr arasında yeni əlaqələrin yaranmasına yardım edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR