Bank Of Baku

Kənd təsərrüfatı naziri Heydər Əsədov Belçikanın “Scherjon” şirkətinin prezidentini qəbul edib

Kənd təsərrüfatı naziri Heydər Əsədov Belçikanın “Scherjon” şirkətinin prezidentini qəbul edib
# 10 fevral 2015 10:10 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Belçika Krallığının “Scherjon” şirkətinin prezidenti Skeryon Hielkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi İmişlidə  südçülük-heyvandarlıq təsərrüfatının və “Gouda” pendir istehsal edən zavodun tikilməsinə dair ilkin biznes planının müzakirəsi olub.

 

Qonağı səmimi salamlayan nazir Heydər Əsədov bu layihənin həyata keçirilməsində maraqlı olduğunu və bu tipli layihələrin Azərbaycanda artıq həyata keçirildiyini diqqətə çatdırıb. O, ötən il Azərbaycana 20 min baş yüksək məhsuldar genetik potensiala malik qaramal gətirildiyini, bu il əlavə olaraq 10 min baş gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə fermerlərə veriləcəyini qonaqların diqqətinə çatdırıb. Nazir bu layihənin Azərbaycanda həyata keçirilməsi üçün lazımı dəstək göstərəcəyini bildirib.

 

Belçika Krallığının “Scherjon” şirkətinin prezidenti Skeryon Hielkon səmimi qəbula görə minnətdarlığını bildirib və həyata keçiriləcək layihə barədə ətraflı məlumat verərək, İmişli rayonunun südlük istiqamətli heyvandarlığın inkişaf etdirilməsi üçün regionun əlverişli coğrafi mövqeyi, həmçinin istehsal olunacaq məhsulun qonşu ölkələr üçün ixrac potensialının olduğunu bildirib. Skeryon Hielkon layihənin həyata keçirilməsi üçün kompleksin 500 hektar torpaq sahəsini əhatə edəcəyini, ferma və zavodun eyni ərazidə yerləşəcəyini, keyfiyyətli pendirin istehsalı üçün keyfiyyətli südün olmasının vacibliyini nəzərə alaraq Hollandiyadan 1000 baş Holştin-friz südlük istiqamətli inəklərin gətiriləcəyini, bu kompleksin region üçün strateji əhəmiyyətə malik olduğunu, istehsal olunacaq məhsulun həm daxili bazara, həm də qonşu ölkələrə satılacağını bildirib.

 

Tədbirdə Hollandiyanın Azərbaycandakı səfiri Robert Yan Qabriels və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR