Bank Of Baku

Kənd Təsərrüfatı Nazirliyi ilə BP arasında protokol imzalanıb

Kənd Təsərrüfatı Nazirliyi ilə BP arasında protokol imzalanıb
# 16 dekabr 2015 12:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan regionu üzrə prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, görüşün məqsədi BP-nin dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı istiqamətli layihələrin müzakirəsi və tələbələrin praktiki təlimlərinin təşkili məqsədilə adıçəkilən neft şirkəti tərəfindən müvafiq istixana qurğularının Azərbaycan Dövlət Aqrar Universitetinə verilməsinin müzakirəsi olub.

 

BP-nin Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edən H. Əsədov bildirib ki, şirkətin Azərbaycanda aqrar sektorun inkişafına yönələn köməklikləri şaxələndirilib, toxumçuluq sektorunu, suvarma sistemlərinin təşkili, istixanaların və süd emalı məntəqələrinin tikintisi sahələrini əhatə edib. Nazir bu sahələrin koordinasiya olunmasını məqsədəuyğun hesab edib.

 

Eyni zamanda investisiya qoyulan sahələr, kadr potensialının artırılması, iri həcmli laboratoriyaların tikilməsi, aqrar sahə üzrə təhsil potensialının gücləndirilməsi və digər sahələr barədə geniş məlumat verib.

 

Q. Birrel əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti və kənd təsərrüfatı məhsuldarlığı və dayanıqlı təbii ehtiyatların idarə edilməsində, həmçinin yerli və beynəlxalq təşkilatların kənd ərazilərindəki icmalarının inkişafına yönəlməsi təşəbbüslərində BP şirkəti tərəfindən dəstəyin göstərilməsi məsələsinə baxılmasının mümkünlüyü qeyd edilib.

 

Sonda Kənd Təsərrüfatı Nazirliyi və BP arasında ikitərəfli əməkdaşlığa dair protokolu imzalayıblar.

 

H. Əsədov imzalanmış bu protokolun əməkdaşlığa dair hüquqi bazanın yaradılmasına və birgə fəaliyyət istiqamətlərinin daha da gücləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR