Bank Of Baku

Kənd Təsərrüfatı Nazirliyi istehsalçılara maliyyə yardımı ayırıb

Kənd Təsərrüfatı Nazirliyi istehsalçılara maliyyə yardımı ayırıb
# 12 avqust 2014 16:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, komissiyanın iclasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 27 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb. Komissiya qalan 27 rayon (şəhər) komissiyası üzrə 180 877 istehsalçıya 644642,07 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 25 785 682,8 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib. Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Eyni zamanda Respublika Komissiyası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın 1.2, 2.3 və 2.8 bəndlərinə uyğun olaraq 4 satıcı təşkilat, o cumlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “Aqroxim” MMC və “İ.E.R. ltd” MMC tərəfindən 8544 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 68 029,37 hektara görə 50% güzəştlə satılmış 12 933,9 ton mineral gübrə üçün 2 938 373,7 manat dövlət büdcəsi vəsaitinin onlara ödənilməsi barədə qərar qəbul edib və bununla bağlı müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR