Bakı. Musa Əhmədov - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyinin 52 rayonda inşa olunan inzibati binalar gələn ilin I rübündə istifadəyə veriləcək.
“APA-Economics”in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Yeni hədəflər naminə” adlı konfransda deyib.
Nazirin sözlərinə görə, bu binaların hər birində toxumçuluq, aqrokimya, ərzaq təhlükəsizliyi ilə bağlı diaqnostika laboratoriyaları olacaq.
H. Əsədov əlavə edib ki, inzibati binalarda fermerlərə məsləhət xidmətlərinin göstərilməsi üçün bütün şərait yaradılacaq.