Bank Of Baku

KTN: Fransa istehsalı olan “Kurzat” preparatlarının saxtalaşdırıldığı müəyyənləşib

KTN: Fransa istehsalı olan “Kurzat” preparatlarının saxtalaşdırıldığı müəyyənləşib
# 18 fevral 2016 08:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) tərəfindən ölkənin bir neçə şəhərində araşdırmalar aparılıb.

 

KTN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ölkədə pestisdlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə KTN yanında DFNX tərəfindən aparılan araşdırmalar zamanı Bərdə şəhəri, H. Əliyev prospektində yerləşən və Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən bitki mühafizəsi üçün pestisidlərin satış mağazalarında Fransa istehsalı olan “Kurzat” adı altında preparatların satıldığı aşkarlanıb.

 

Bildirilib ki, bununla əlaqədar hər iki mağazada “Kurzat” preparatı adı ilə satılan mallardan nümunə götürülərək DFNX-nın Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Pestisdlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyini laboratoriyasında yoxlanılıb: “Laboratoriya analizinin nəticələrinə əsasən mağazadan götürülən “Kurzat” preparatında təsiredici maddənin (misxloroksid) miqdarı normadan aşağı olduğu, yəni saxtalaşdırıldığı müəyyən edilib”.

 

Qeyd olunub ki, bu hallar üzrə fitosanitar qanunvericiliyin tələblərinin pozulması ilə bağlı toplanmış ilkin materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR