Bank Of Baku

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 29 yanvar 2016 13:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komitə sədri Eldar İbrahimov yaz sessiyasında görüləcək işlər barədə məlumat verib.

 

Komitə sədri qeyd edib ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun yeni inqilabi qanun layihəsidir və bu qanun birinci oxunuşdan keçib: “Hazırda ikinci oxunuş üçün qanun üzərində iş aparılır. Nəzərdə tutulur ki, aprel ayında bu qanunu plenar iclasda müzakirəyə çıxaraq. Taxtakörpü su anbarı altında 35 min hektar yeni sahə istifadəyə veriləcək. Suvarılan sahələr Dəvəçi, Şabran, Xızı, Abşerondur. Yeni istifadəyə verilən torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa imkan yaradacaq. Hazırda elektron monitorinq aparılır. Peykimiz vasitəsilə boş torpaqlar çəkilir. Həmin boş torpaqlar da kənd təsərrüfatına cəlb olunacaq. Torpaqlardan 50 sentner həcmində məhsul götürə bilsək, nəyinki 10 milyon, 15 milyon əhalini də kənd təsərrüfatı məhsulları ilə təmin etmək imkanımız olacaq. Bundan başqa kənd təsərrüfatının sığortası ilə bağlı söhbətlər də gedir. Bizdə olan qanun köhnə bir qanundur. Onunla əlaqədar da planlarımız var. Biz artıq yeni sistemə keçirik. Artıq dünən paylanılmış xırda fermer təsərrüfatları kooperativləşməsi üçün belə bir qanun qəbul edirik. Cənab prezident tapşırıb ki, 50 bu cür təsərrüfat yaradılsın. Artıq bir çox təsərrüfatlarda bu işlər gedir”.

 

Komitə sədri deyib ki, taxıl ƏDV-dən azad olunub, çörəyin bahalaşmasının qarşısı alınıb: “Digər böyük güzəştlər də ona əsas verir ki, kənd təsərrüfatı məhsullarını artıraq. Kənd təsərrüfatı məhsullarını artırmaq icra strukturunda sahibkarlardan asılıdırsa, biz də sahibkarlar üçün yaxşı qanunlar qəbul etməliyik ki, onlar bundan yararlana bilsin".

 

Daha sonra bildirilib ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun üzərində də iş gedir və bununla bağlı heç bir çətinlik qalmayıb. Artıq Azərbaycan Prezidenti imzası ilə bu qanun layihəsini Milli Məclisə təklif edib.

 

Qanun layihəsinin ikinci və üçüncü oxunuşda bu sessiya müzakirəyə çıxarılması da təklif edilib və qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR