Bank Of Baku

Ötən ay Azərbaycanda əksər kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Ötən ay Azərbaycanda əksər kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
# 09 iyun 2015 12:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,4%, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 5,4 və 0,7% ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,6% bahalaşıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8% ucuzlaşıb. Birillik bitkilərdən lobya dəni, baş kələm, xiyar, pomidor, baş soğan, quru otun istehsalçı qiyməti ucuzlaşıb, buğda, arpa dəninin istehsalçı qiyməti isə bahalaşıb.

 

Çoxillik bitkilərdən limonun, şabalıdın, fındığın istehsalçı qiyməti bahalaşmış, gül və tərəvəz şitilinin istehsalçı qiyməti isə ucuzlaşmışdır.

 

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yunu, süd, yumurta, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşıb, mal, qoyun və donuz əti (diri çəkidə), diri ev quşları, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR