Bank Of Baku

Ötən il “Aqrolizinq” fermerlərə 135 mln. manatlıq məhsul satıb

Ötən il “Aqrolizinq” fermerlərə 135 mln. manatlıq məhsul satıb
# 10 fevral 2015 08:32 (UTC +04:00)

Bakı - APA-Economics. “Aqrolizinq” ASC 2014-cü il üzrə fəaliyyətinə dair hesabat açıqlayıb.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müəyyən olunmuş ehtiyaclar üçün ASC-yə dövlət büdcəsindən 35 mln. manat, prezidentin 4 iyun, 6 iyun və 20 noyabr 2014-cü il tarixli nömrəli sərəncamları ilə prezidentin ehtiyat fondundan 46,5 mln. manat, Nazirlər Kabinetinin 9 iyun 2014-cü il tarixli sərəncamı ilə dövlət büdcəsindən 12 mln. manat və 6 noyabr 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 5 mln. manat olmaqla, cəmi 98,5 mln. manat vəsait ayrılıb.

 

Bundan əlavə “Aqrolizinq”in fəaliyyətindən əldə edilmiş 35,66 mln. manat təkrar istifadə vəsaiti də nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə yönəldilib.

 

2014-cü ildə 3 681 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları alınıb və indiyə qədər onların 3 457 ədədinin, o cümlədən müasir tələblərə cavab verən 492 ədəd taxılyığan kombayn, 1 085 ədəd traktor, 1 880 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi təmin edilərək böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib.

 

Belə ki, 2014-cü ildə “Aqrolizinq” tərəfindən 3 345 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları, o cümlədən 217 ədəd taxılyığan kombayn, 1307 ədəd traktor, 9 ədəd ekskavator və 1 812 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları 1 929 nəfər hüquqi və fiziki şəxslərə lizinq yolu ilə satılıb. Hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilib və ya lizinq qaydasında satılmış kənd təsərrüfatı texnikaları 2013-cü illə müqayisədə 37,4%, o cümlədən taxılyığan kombaynlar 57,2%, traktorlar 47,7%, ekskavator və digər texnikalar 29,1%, lizinq alanların sayı isə 33,6% artıb.

 

Azərbaycan prezidentinin 2014-cü il 16 aprel tarixli fərmanı əsasında Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli qərarı ilə təsdiq edilən qaydalara əsasən “Aqrolizinq” tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40% həcmində güzəşt tətbiq edilib. Həmin güzəştlərin ödənilməsi üçün dövlət büdcəsindən 500 min manat vəsait yönəldilib.

 

Bundan əlavə, “Aqrolizinq” tərəfindən hesabat dövründə 1,06 mln. manat dəyərində, o cümlədən Qurban Bayramına hazırlıq çərçivəsində heyvanların kəsilməsi üçün ASC-nin təkrar istifadə vəsaiti hesabına 0,396 mln. manat dəyərində 1 dəst mobil tipli kəsimxana avadanlığının və 0,66 mln. manat dəyərində müxtəlif təyinatlı texnoloji avadanlıqlar üçün komplektləşdirici məmulatların alınması məqsədi ilə müvafiq müqavilələr bağlanıb, onlardan 1 dəst texnoloji avadanlığın ölkəyə gətirilməsi təmin edilib.

 

Ümumiyyətlə, “Aqrolizinq” tərəfindən 2005-2014-cü illərdə 20 985 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1 815 ədəd taxılyığan kombayn, 6 304 ədəd traktor və 12 866 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları alınıb, indiyə qədər onların 20 676 ədədinin gətirilməsi təmin edilib. Bu dövr ərzində 14 564 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 527 ədəd taxılyığan kombayn, 5 241 ədəd traktor və 8 796 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları 8 415 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR