Bakı – APA. Aprelin 18-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Qarabağ Taxıl” MMC, Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutu və “Kubanzerno” Tədqiqat və İstehsalat Birliyi arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, Anlaşma Memorandumuna əsasən, tərəflər perspektivli toxum sortlarının sınaqdan keçirilməsi və əkilməsi sahəsində əməkdaşlıq edəcək, birgə məsləhətləşmə və seminarlar keçirəcək, eləcə də elmi-texniki və kommersiya əlaqələri yaradacaq.