Bank Of Baku

SKMF xətti ilə aqrar sektora ayrılan vəsaitin həcmi açıqlanıb

SKMF xətti ilə aqrar sektora ayrılan vəsaitin həcmi açıqlanıb
# 20 noyabr 2014 10:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaiti hesabına indiyədək Azərbaycanda 24 000-dək sahibkara 1,5 mlrd. manat güzəştli kredit verilib.

 

APA-Economics”in məlumatına görə, bunu “SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

 

Onun sözlərinə görə, bu kreditlər hesabına 126 mindən çox yeni iş yerinin yaradılması mümkün olub: “Güzəştli kreditlərin 67,3%-i aqrar sektorun, 32,7%-i müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib”.

 

SKMF sədri bildirib ki, fond tərəfindən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan ümumi dəyəri 1,9 mlrd. manat olan 332 investisiya layihəsinin maliyyələşdirilməsinə 894,6 mln. manat güzəştli kredit verilib: “Bu layihələrdən 253-nün icrası başa çatdırılıb, digər 79 müəssisəyə aid tikinti-quraşdırma işləri davam etdirilir”.

 

O deyib ki, müasir texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatı və qida sənayesi sahəsində müasir istehsal və infrastruktur kompleksləri yaradılıb, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünütəminetmə səviyyəsi yüksəlib, ixracın həcmi artıb və bəzi məhsulların məşhur brendlərin adı ilə istehsalına başlanılıb: “Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, son illər fond tərəfindən 119 sənaye müəssisəsinin maliyyələşdirilməsinə 382,6 mln. manat güzəştli kredit verilib. Bu müəssisələrdən 88-i istifadəyə verilib, digər 31 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR