Ucar. Zahid Abışov – APA. Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasına gətirilən yeni kombaynlara baxış keçirib.
APA-nın yerli bürosunun məlumatına görə, nazir öncə təchizat bazasında yaradılmış şəraitlə tanış olub, sonra isə respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara kombaynların sənədlərini təqdim edib.
H.Əsədov qeyd edib ki, prezidentin tapşırığına əsasən Azərbaycana yeni kombaynların gətirilməsi prosesi davam etdiriləcək.
Qeyd edək ki, bu il Azərbaycana 471 ədəd yeni kombayn gətirilib.
Ucarda fermerlərə kombayn verilib
24 may 2014 14:24 (UTC +04:00)
Aqrar-sənaye kompleksi
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-ə yaxın artıb
13:28
16 may 2024
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTO
14:13
15 may 2024
Tərlan Lətifov: Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır - FOTO
16:03
14 may 2024
Azərbaycanın pambıq lifi ixracı 81 faiz artıb
14:20
9 may 2024