Bank Of Baku

Ucarda sahibkarlara kombayn paylanıb - FOTO

Ucarda sahibkarlara kombayn paylanıb - <span style="color: red;">FOTO
# 16 aprel 2014 12:29 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniyadan, Hollandiyadan və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı baş tutub.

 

APA-Economics”in məlumatına görə, tədbirdə sahibkarlara Almaniya istehsalı olan 50 ədəd “Klaas”, Hollandiya istehsalı olan 87 ədəd “New Holland” və Belçika istehsalı olan 20 ədəd “Sampo” taxılbiçən kombaynları və onların texniki göstəriciləri təqdim olunub.

 

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov gətirilən texnikanın texniki göstəriciləri və istismar qaydaları barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək internetdə yerləşdirilməsi ilə bağlı tapşırıqlar verib.

 

Qurum rəhbəri yerlərdə texnikaya olan tələbatın öyrənilməsinin zəruriliyini də vurğulayıb.

 

Sahibkarlar bu gün otbağlayan texnikaya ehtiyacları olduqlarını bildirib.

 

Öz növbəsində H. Əsədov bununla əlaqədar lazımı tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğu bildirilib.

 

Sonda sahibkarlara 12 ədəd kombaynın açarları təqdim olunub.

     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR