Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərhi açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 14-16-da respublikanın rayonlarında hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperatur rejiminin bir qədər artacağı gözlənilir.
Belə hava şəraiti bütün kənd təsərrüfatı işlərinin aparılması, o cümlədən məhsul yığımı, payızlıq dənli bitkilərin səpini üçün əlverişli olacaq.