Rusiyada yanğında yeddi nəfər ölüb

Rusiyada yanğında yeddi nəfər ölüb
# 19 noyabr 2016 06:56 (UTC +04:00)

Rusiyanın Tümen vilayətində baş verən yanğında yeddi nəfər ölüb.

APA-nın məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib ki, noyabrın 19-a keçən gecə Quşçuluq Fabrikinin tikinti meydançasında yaşayış köşkündə yanğın baş verib.

Yanğınsöndürənlər yanğının qarşısını 7 dəqiqə ərzində alsalar da, yeddi nəfər yanaraq ölüb.

Tüstüdən zəhərlənmiş üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR