Azərbaycanda internet istifadəçilərinin sayı 85%-ə çatdırılacaq

Azərbaycanda internet istifadəçilərinin sayı 85%-ə çatdırılacaq
# 25 dekabr 2013 09:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan internet istifadəçilərinin sayına görə MDB ölkələri arasında liderdir.

APA-nın xəbərinə görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə «Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması» mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib ki, ölkədə hər 100 nəfərdən 70-i internet istifadəçisidir. Lakin hökumətin bu göstəricilərlə qane olmadığını deyən E.Vəlizadə qeyd edib ki, növbəti il ölkədə genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, respublikanın bütün kəndlərinə faber-optik kabelin çəkilməsi nəticəsində genişzolaqlı internetin əhalinin əhatə göstəricisi 85%-ə çatdırılacaq. «Bununla da gələcəkdə genişzolaqlı internetdən bütün insanların istifadə etməsi təmin olunacaq», - deyə E.Vəlizalə vurğulayıb.

Nazir müavini bu il Azərbaycanda lisenziyalı proqram təminatından istifadə səviyyəsinin yüksəldiyini də deyib: «Bir neçə il öncə dövlət tərəfindən 10 min lisenziya alınaraq dövlət qurumları arasında paylanıb. Yaxşı bir haldır ki, bu proses artıq həm dövlət qurumları tərəfindən davam etdirilir, həm də banklar, özəl şirkətlər bu işə qoşularaq əqli mülkiyyətin qorunmasına töhfələrini verir. Bunun nəticəsində bu il lisenziyalı proqram təminatından istifadə artıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR