Azərbaycanın ABŞ-dakı səfirinə Toledo Universitetinin "Fəxri məzunu" mükafatı təqdim olunub - FOTO

Azərbaycanın ABŞ-dakı səfirinə Toledo Universitetinin "Fəxri məzunu" mükafatı təqdim olunub - <span style="color: red;">FOTO
# 08 oktyabr 2013 00:41 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova Toledo Universitetinin “Fəxri məzunu” mükafatı təqdim edilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-də ABŞ-ın Ohayo ştatındakı Toledo Universitetində təntənəli qəbul keçirilib.

Mərasimdə universiteti müxtəlif illərdə bitirmiş və cəmiyyətin müxtəlif sferalarında fəallığı ilə seçilən məzunlar təltif edilib. Qəbulda Ohayo ştatının rəsmi şəxsləri və universitet rəhbərliyində təmsil olunan şəxlər iştirak edib.

Qeyd edək ki, E.Süleymanov Toledo Universitetini 1994-cü ildə bitirib. Toledo Universitetinin əsası 1872-ci ildə qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR