Masallıda yanğın olub

Masallıda yanğın olub
# 23 noyabr 2013 21:14 (UTC +04:00)

Bakı-APA. Masallıda bu gecə yanğın hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Minəlov kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlədə baş verib. Nəticədə tikilinin dam örtüyü 10 kv.m və damına yığılmış ümumi çəkisi 2 ton ot bağlamasının 500 kq-ı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR