Daha bir yerli telekanal “Azerspace-1” üzərindən yayıma başlayıb

Daha bir yerli telekanal “Azerspace-1” üzərindən yayıma başlayıb
# 08 dekabr 2014 10:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərkosmos” ASC və Lider TV arasında telekanalın “Azerspace-1” peyki üzərindən yayımına dair müqavilə imzalanıb.

“Azerspace” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, televiziya kanalı 11135/H/27500 tezliyi ilə 1 dekabr 2014-cü il tarixindən etibarən efirə çıxıb.

Qeyd edək ki, “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə ikinci telekommunikasiya peykinin ortitə çıxarılması və Yer səthinin məsafədən müşahidəsinə dair kommersiya xidmətlərinin göstərilməsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR