Bank Of Baku

Şəkidə yeniyetmə at arabasından yıxılaraq ağır xəsarət alıb

Şəkidə yeniyetmə at arabasından yıxılaraq ağır xəsarət alıb
# 27 may 2019 22:32 (UTC +04:00)

Şəkidə 13 yaşlı yeniyetmə at arabasından yıxılaraq ağır xəsarət alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Babaratma kənd sakini, 2006-cı il təvəllüdlü Eldar Niyaməddin oğlu Salamov hər iki ayağın baldır sümüyünün yerdəyişən qapalı sınığı xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssəsindən ONA-ya bildirilib ki, 13 yaşlı E.Salamov at arabasından yıxılaraq xəsarət alıb. E.Salamovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR