Abdulla Abdullayevin məhkəməsi davam etdirilib

Abdulla Abdullayevin məhkəməsi davam etdirilib
# 31 mart 2015 10:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsi Emin Nəzərov və zərərçəkmiş Müşfiq Nəsibov ifadə verib. M. Nəsibov heç bir zərər çəkmədiyini bildirib.

Proses aprelin 2-də davam etdiriləcək.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR