Britaniyalı deputat MHR kampaniyasına qoşulduğunu bəyan edib - FOTO

Britaniyalı deputat MHR kampaniyasına qoşulduğunu bəyan edib - <span style="color: red;">FOTO
# 17 iyul 2014 12:30 (UTC +04:00)

Bakı – APA. Birləşmiş Krallıq parlamentində fəaliyyət göstərən Böyük Britaniya-Azərbaycan Dostluq Qrupunun katibi və Mühafizəkarlar Partiyasının deputatı Bob Blekman “Many Happy Returns” (MHR/ www.manyhappyreturnsidp.com) kampaniyasını dəstəklədiyini bəyan edib. O, Londonun ən multietnik rayonlarından biri Herou İsti təmsil edir.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Bob Blekman dəfələrlə Böyük Britaniya-Azərbaycan Dostluq Qrupunun Azərbaycana təşkil etdiyi səfərlərdə iştirak edib və ölkəyə böyük maraq oyadıb. Ötən həftə o, Böyük Britaniya parlamentində “ASAN xidmət” mövzusunda dəyirmi masa, 2011-ci ildə isə “Azərbaycan və Cənubi Qafqaz” mövzusunda debat təşkil edib. Herou İst seçki dairəsi böyük yəhudi icmasının məskunlaşdığı yerdir və B. Blekman seçicilərlə hər görüşündə Azərbaycanın bütün dini konfessiyalara hörmətlə yanaşmasından və Qubadakı Qırmızı Qəsəbəyə səfərlərindən danışıb. O, Azərbaycanla Böyük Britaniya arasında yüksələn xətt üzrə inkişaf edən ticarət əlaqələrindən, ölkədəki dini və etnik tolerantlıqdan, Azərbaycan hökumətinin əldə etdiyi iqtisadi tərəqqidən və rəsmi Bakının qərb yönümlü xarici siyasətindən, eləcə də Dağlıq Qarabağ münaqişəsindən və erməni işğalının qurbanları olan 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin yaşadıqları acınacaqlı vəziyyəti öz gözləriylə gördüyündən də bəhs edib.

MHR kampaniyasının başlığı “Many Happy Returns” deyə ingilis sayağı təbrik mesajının əsasında seçilib ki, bu, eyni zamanda öz yurd-yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. İnternet səhifəsində məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib. Bob Blekman öz şərhində bildirib: “MHR kampaniyasına uğurlar. Bu insanlar bizim dəstəyimizə layiqdirlər”.

MHR internet səhifəsi həm də öz istifadəçilərinə “Dünya Qaçqınlar Günü”nün əvəz edilib “Dünya Qaçqın və Məcburi Köçkünlər Günü” kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR