Azərbaycanda “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi hazırlanıb
# 17 sentyabr 2015 11:33 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, yeni qanun artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub və sentyabrın 30-da müzakirəyə çıxarılacaq.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan qanun layihəsi 9 maddədən ibarətdir. Yeni qanuna əsasən, Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları müəyyən edilir. Qanunda göstərilir ki, publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs isə dövlət və bələdiyyə adından, yaxud publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Qanun layihəsində publik hüquqi şəxslərin fəaliyyəti, hüquq və vəzifələri barədə ətraflı məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR