Bakıda Türkmənistan vətəndaşı ögey atasını bıçaqlayıb

Bakıda Türkmənistan vətəndaşı ögey atasını bıçaqlayıb
# 19 iyul 2016 10:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ata ögey oğlu tərəfindən bıçaqlanıb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kazımzadə küçəsində qeydə alınıb. Orada yaşayan, 1980-ci il təvəllüdlü İlham Əhmədov yaşadığı evdən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı onun oğulluğu, Türkmənistan vətəndaşı, 1996-cı il təvəllüdlü Dövran Annazarov tərəfindən bıçaqlandığı məlum olub. D. Annazarov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR