Bank Of Baku

BMT: "Suriya üçün kənardan konstitusiya yaradıla bilməz"

BMT: "Suriya üçün kənardan konstitusiya yaradıla bilməz"
# 30 oktyabr 2019 16:04 (UTC +04:00)

"Suriyalılar konstitusiyalarını özləri inkişaf etdirməlidirlər, bunu BMT etməyəcək".

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Suriya Konstitusiya Komitəsinin iclasının açılışında deyib.

"Bu konstitusiyanı yazacağımızı məndən və ya komandamdan gözləməməlisiniz. Gələcək konstitusiya Suriya və Suriya xalqına aiddir. Kənardan bir konstitusiya yaradıla bilməz", - deyə Pedersen bildirib.

Qeyd edək ki, Türkiyə, İran və Rusiyanın Xarici İşlər nazirləri Cenevrəyə gediblər. Onların BMT nümayəndəsi ilə görüşlər keçiriblər. Bu gün isə ABŞ-ın himayəsi altında Cenevrədə 150 üzvü olan Suriya Konstitusiya Komitəsinin birinci iclası keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR