Bank Of Baku

Ermənistanın parlament sədri Tehrana səfər edəcək

Ermənistanın parlament sədri Tehrana səfər edəcək
# 13 iyun 2022 14:57 (UTC +04:00)

Ermənistan parlamentinin spikeri Alen Simonyan cari həftə ərzində İrana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, Pakistan XİN başçısı Məhdum Şah Mahmud Qureşi da sabah Tehrana səfər edəcək.

Səfər çərçivəsində iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

S.Xətibzadə həmçinin yaxın gələcəkdə Türkmənistan prezidenti Sərdar Berdıməhəmmədovun İrana səfər edəcəyini bildirib.

O, İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanın bir neçə xarici ölkəyə səfər edəcəyini açıqlayıb. Səfər proqramının tezliklə elan olunacağını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR