Filippində 6.6 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə yerli Seysmoloji Mərkəz məlumat yayıb.
Ocağı təxminən 20 kilometr dərinlikdə olan zəlzələnin episentri 1,2 milyon nəfərdən çox əhalinin yaşadığı Mindanao adasında yerləşən Davao şəhərindən 35 kilometr məsafədə baş verib.
Təbiət hadisəsi zamanı həlak olanlar, dağıntı və sunami təhlükəsi barədə hələlik heç bir məlumat verilməyib.