Bank Of Baku

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb
# 19 iyun 2022 10:17 (UTC +04:00)

Hindistanın Assam və Meqqxalaya ştatlarında daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Bundan əvvəl 31 nəfərin öldüyü açıqlanmışdı.

Musson yağışların yol açdığı daşqınlar 3,1 milyon insana ziyan vurub. Üçü uşaq olmaqla, 10 nəfər itkin düşüb.

Assam ştatında 4 min kənd su altında qalıb, insanlar 514 düşərgədə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR