İsrail 2027-ci il prezident seçkilərində solçu “Tabe olmayan Fransa” partiyasından namizədliyi irəli sürülən Jan-Lük Melanşona və partiyanın parlament fraksiyasının rəhbəri Matilda Panoya ölkəyə giriş qadağası qoyub.
APA xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.
O, qərarını partiyanın İsrailə qarşı siyasəti, rəhbərlərinin qalmaqallı bəyanatları və Melanşonun Qəzzaya qanunsuz donanmaların müşayiəti üçün Fransa gəmilərinin göndərilməsinə çağırışı ilə əsaslandırıb.
Saar bildirib ki, İsrail ona zərər vurmağa çalışan hər kəsə qətiyyətlə cavab verəcək və ölkəyə qarşı fəaliyyət göstərən, təxribat törədən şəxslərin girişinə icazə verməyəcək.