Bank Of Baku

İranda baş vermiş iki yol qəzasında 12 nəfər ölüb

İranda baş vermiş iki yol qəzasında 12 nəfər ölüb
# 31 oktyabr 2019 12:30 (UTC +04:00)

İranın İranşəhr şəhərində baş vermiş iki yol qəzasında ümumilikdə 12 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, Nikşəhr - İranşəhr magistral yolunda yanacaq daşıyan maşınla “Peugout” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Həmin magistral yolda növbəti qəza baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR