İranda yol qəzasında 3 nəfər yanaraq həlak olub.
APA-nın Tehran bürosunun məlumatına görə, qəza Rəfsəncan- Kirman magistral yolunda baş verib.
“Səməndər” markalı avtomobil aşıb və avtomobildə yanğın baş verib. Nəticədə 3 nəfər yanaraq ölüb, 1 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.