İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın Türkiyəyə səfəri təxirə salınıb.
APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi diplomatik mənbəyə istinadla xəbər verib.
Qeyd olunub ki, 6 iyun tarixində nəzərdə tutulan səfər bir neçə günlüyə təxirə salınıb.
Xəbərdə səfərin hansı səbəbdən təxirə salındığı və yeni tarixi açıqlanmayıb.