Bank Of Baku

Pakistanda sərnişin qatarında yanğında ölənlərin sayı 73-ə çatıb - YENİLƏNİB

Pakistanda sərnişin qatarında yanğında ölənlərin sayı 73-ə çatıb - YENİLƏNİB
# 31 oktyabr 2019 13:02 (UTC +04:00)

Pakistanda qatarda baş vermiş yanğında ölənlərin sayı artıb. APA-nın xəbərinə görə, Geo TV ölü sayının 73-ə çatdığı barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın baş verən üç vaqonda 209 sərnişin olub. Yanğın nəticəsində onlarla sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Qatarda yanğının qaz balonlarında partlayış nəticəsində baş verdiyi xəbər verilir.

"Artıq yanğın lokallaşdırılıb, soyutma işləri aparılır", - deyə Pakistanın Dəmiryolu naziri Şeyx Rəşid Əhməd bildirib.

Onun sözlərinə görə, yemək hazırlanan zaman iki qaz balonunda partlayış baş verib.

"Yemək hazırlanmasında istifadə olunan bitki yağı yanğının sürətlə yayılmasına səbəb olub. Ölüm halları daha çox yanğından xilas olmaq üçün özünü qatardan atanlar arasında qeydə alınıb", - deyə nazir əlavə edib.

***

10.17

Pakistanda sərnişin qatarında yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Yanğın nəticəsində 62 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Yanğına qaz balonunun partlaması səbəb olub. Pakistan Dəmiryolu naziri Şeyx Rəşid Əhməd bildirib ki, yanğın Ravalpindiyə gedən sərnişin qatarının 3 vaqonunda qeydə alınıb.

Yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR