Bank Of Baku

Qəzza zolağından İsrailə atılan raket nəticəsində 65 yaşlı qadın xəsarət alıb

Qəzza zolağından İsrailə atılan raket nəticəsində 65 yaşlı qadın xəsarət alıb
# 02 noyabr 2019 03:18 (UTC +04:00)

Qəzza zolağından İsrail ərazisinə 10 raket atılıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hava hücumu nəticəsində bir nəfər xəsarət alıb.

Yerli Təcili Yardım Xidməti bildirib ki, yüngül xəsarət alan 65 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cümə axşamı Qəzza zolağından İsrail ərazisinə atılan on raketdən səkkizi "Dəmir günbəz" raketdən müdafiə sistemi tərəfindən məhv edilib. Raketlərdən biri isə ölkənin cənubundakı Sderot şəhərindəki yaşayış binasını dağıdıb. Xəsarət alan olmayıb.

Qeyd edək ki, Qəzza zolağına bitişik ərazilərdən İsrail yaşayış məntəqələrinə iki raket zərbəsi də endirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR