Şimali Koreya Şərq dənizi istiqamətində iki naməlum mərmi buraxıb.
APA-nın “Yonhap" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyinin qərargahı məlumat yayıb.
“Mərmilər günortadan sonra Cənubi Pyonqan əyalətindən buraxılıb. Ordumuz döyüş hazırlığı vəziyyətindədir və vəziyyəti nəzarətdə saxlayır”, - deyə məlumatda bildirilib.
Mərmilərin növü və uçuş məsafəsi barədə detallar açıqlanmır.