Bank Of Baku

Suriyada terror aktında ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB

Suriyada terror aktında ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB
# 02 noyabr 2019 18:42 (UTC +04:00)

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Təl Abyad şəhərində baş verən terror aktı nəticəsində ölənlərin sayı artıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, terror nəticəsində ölənlərin sayı 13-ə, yaralananların sayı isə 20-yə çatıb.

***

17:52

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Təl Abyad şəhərində terror aktı törədilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Təl Abyad şəhərində bazarda törədilən partlayış nəticəsində ən azı on mülki vətəndaş həlak olub. 

Ölənlər arasında uşaqların olduğu qeyd olunur. 

Yaralılar Şanlıurfa vilayətinin Akçakale rayonundakı xəstəxanlara yerləşdirilib. Ölü sayının artacağı istisna edilmir. 

Bölgədəki Suriya Milli Ordusunun (SMO) əsgərləri partlayışın YPG/PKK terror qruplaşması tərəfindən törədildiyini ehtimal edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR