Türkiyədə 34 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, yol qəzası Çankırı rayonunun Kurşunlu qəsəbəsində qeydə alınıb.
Avtobusun sürücüsü idarəetməni itirib, nəticədə avtobus aşıb və 34 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.