Bank Of Baku

Yaponiya əcnəbi turistlərin ölkəyə girişinə icazə verib

Yaponiya əcnəbi turistlərin ölkəyə girişinə icazə verib
# 10 iyun 2022 03:51 (UTC +04:00)

Yaponiya 2 illik qadağadan sonra əcnəbi turistlərin gəlişinə icazə verib.

APA xəbər verir ki, bu gündən turistlər kiçik qruplar şəklində Yaponiyaya səfər edə bilər.

Bu gündən 98 ölkənin vətəndaşları üçün səfər qadağası ləğv edilib. Yaponiyaya daxil olmaq üçün PSR testi və tibbi sığorta tələb olunur. Ölkəyə daxil olduqdan sonra karantin tətbiq edilmir.

Turistlər ölkədə maskadan istifadə etməli, operatorlar turistlərin davranışını diqqətdə saxlamalıdır. Xəstə turistlər ölkədən kənarlaşdırılacaq.

Rəsmi Tokio gələn həftədən etibarən ölkəyə daxil olan şəxslərin kvotasını mərhələli şəkildə artıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR