Bank Of Baku

Yaponiya Rusiyadan maye qaz idxalını artırıb

Yaponiya Rusiyadan maye qaz idxalını artırıb
# 20 avqust 2025 10:29 (UTC +04:00)

Yaponiya Rusiyadan maye qaz idxalını artırıb.

APA TASS agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Maliyyə Nazirliyi tərəfindən dərc olunan statistik məlumatlara əsasən, Yaponiya 2025-ci ilin iyul ayında Rusiyadan maye təbii qaz idxalını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 372% artırıb.

Rusiyadan Yaponiyaya kömür ixracı da artıb, lakin ölkə hələ də Rusiya neftini almır.

İyul ayında Rusiyadan Yaponiyaya kömür ixracı 286% artıb.

Bununla belə, əvvəlki aylarda olduğu kimi, Yaponiya Rusiya neftini idxal etməyib. Bu, G7 ölkələrinin tətbiq etdiyi qiymət tavanı ilə əlaqədardır. İstisna yalnız “Saxalin-2” layihəsi çərçivəsində maye qaz ilə birgə həyata keçirilən neft tədarükləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR