Paşha Bank
Bank Of Baku

Aİ-nin borcu 2027-ci ildə 1 trilyon avroya çata bilər

Aİ-nin borcu 2027-ci ildə 1 trilyon avroya çata bilər
# 26 oktyabr 2026 14:52 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) qurum kimi götürdüyü borcun 2027-ci ilin sonuna qədər 1 trilyon avroya çatacağı gözlənilir.

Bunu Avropa Auditorlar Məhkəməsinin prezidenti Toni Merfi “Rapporteur” portalına müsahibəsində deyib.

O bildirib ki, söhbət Aİ-yə üzv dövlətlərin ümumi dövlət borcundan deyil, məhz Avropa İttifaqının ortaq borcundan gedir.

Merfinin sözlərinə görə, Aİ-nin borcu 2019-cu ildə 52,1 milyard avro olduğu halda, 2025-ci ilin sonunda 738,9 milyard avroya yüksəlib.

Borcun əhəmiyyətli hissəsi COVID-19 pandemiyasının iqtisadi nəticələrinin aradan qaldırılması üçün yaradılmış "NextGenerationEU" (NGEU) bərpa proqramı çərçivəsində cəlb edilən vəsaitlə bağlıdır. Aİ 2020-ci ildə bu məqsədlə ümumilikdə 750 milyard avroya qədər ortaq borclanma həyata keçirib. Vəsait Aİ-nin adından buraxılan avrobondlar vasitəsilə cəlb edilib.

Aİ-nin Ukraynaya maliyyə dəstəyi üçün yeni kreditləri də ümumi borcun artmasına təsir edən amillər sırasında göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR