Bank Of Baku

Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb

Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
# 26 sentyabr 2026 07:23 (UTC +04:00)

Avropa İttifaqı İran ətrafındakı müharibənin neft-qaz bazarlarına təsiri fonunda enerji qiymətlərinin artması və təchizat problemləri ilə üzləşib.

“Reuters”in məlumatına görə, Aİ-nin energetika üzrə komissarı Dan Yorgensen üzv ölkələrin müvafiq nazirlərinə ünvanladığı məktubda qarşıdakı qışa hazırlığın gücləndirilməsinə çağırıb.

“Biz təchizat böhranı ilə əlaqəli qiymət böhranı ilə üzləşmişik”, – avrokomissar bildirib.

Yorgensen üzv dövlətləri qaz anbarlarına yanacağın vurulmasını davam etdirməyə imkan verəcək tədbirləri nəzərdən keçirməyə, eləcə də zərurət olduğu müddətdə qaz və elektrik enerjisinə tələbatı azaltmağa çağırıb.

Bununla yanaşı, avrokomissar Aİ-nin hazırkı enerji çətinliklərinə 2021-ci ilin qışı ilə müqayisədə daha yaxşı hazırlaşdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR